Thyroid 2026

Proqram


Proqram mütəmadi olaraq yenilənir. Ən son və ətraflı proqramla tanış olmaq üçün aşağıdakı düymə vasitəsilə yenilənmiş versiyanı yükləyin.

Qısa proqram icmalı:

13 Mart

Ustad dərsləri

13 mart 2026 tarixində keçiriləcək birinci gün praktik yönümlü master-klasslarla başlayacaq. Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzində tiroid düyünlərinin USM müşayiəti ilə biopsiyası üzrə nəzəri təqdimatlar, mulyajlar və real xəstə nümunələri üzərində təlimlər təşkil olunacaq. Gün ərzində protokolların müzakirəsi və geniş xəstə halları üzrə interaktiv sessiyalar iştirakçılara praktiki biliklərini dərinləşdirmək imkanı yaradacaq. Bu intensiv və tətbiqə yönəlmiş proqram simpoziumun elmi hissəsinə güclü və dinamik başlanğıc verəcəkdir.

14 Mart

Elmi Konfrans

14 mart 2026 tarixində Holiday Inn otelində keçiriləcək ikinci gün geniş elmi sessiyalarla davam edəcək. Proqram çərçivəsində tiroid vəzi xərçənginin cərrahi, nüvə təbabəti, patohistoloji və medikal onkoloji yanaşmaları müasir multidissiplinar perspektivdə təqdim olunacaq. Beynəlxalq və yerli mütəxəssislərin məruzələri, yeni müalicə strategiyaları ilə bağlı təqdimatlar iştirakçılara aktual elmi yeniliklərlə tanış olmaq imkanı verəcək. Gün klinik halların interaktiv müzakirəsi ilə yekunlaşaraq nəzəri biliklərin praktik qərarvermə ilə inteqrasiyasını təmin edəcəkdir.

Ünvanlar

  • Cümə, 13 Mart
  • Ustad dərsləri
  •  
  • Ünvan:
  • Azadlıq prospekti 112
  • Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzi
  • Bakı Sağlamlıq Mərkəzi, C blok (12-ci mərtəbə)
  • Şənbə, 14 Mart
  • Konfrans
  •  
  • Ünvan:
  • Kövkəb Səfərəliyeva küç 5
  • Holiday Inn Otel
  • Bakı, Azərbaycan